"Qalatasaray"la matçda zədələndi, "Çelsi" önünə çıxmayacaq

12:47 - 1 Oktyabr 2025

"Liverpul" ciddi itki ilə üzləşib.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, İngiltərə klubunun qolkiperi Alisson Bekker zədələnib.

Braziliyalı qapıçı Çempionlar Liqasının 2-ci turunun "Qalatasaray"la(1:0) səfər görüşündə sıradan çıxıb.

Onu 58-ci dəqiqədə Giorgi Mamardaşvili əvəzləyib.

Alissonun İngiltərə Premyer Liqasının 7-ci turunun "Çelsi" ilə görüşündə meydana çıxmayacağı məlum olub. 

Xəbər xətti