DÇ-2026-ya vəsiqə qazanan Özbəkistan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, özbəklər Fabio Kannavaro ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Yığmanı mundialda italiyalı mütəxəssis çalışdıracaq. Artıq tərəflər arasında razılıq əldə olunub. Rəsmi açıqlama növbəti həftənin bazar ertəsi günü ediləcək.
Qeyd edək ki, Fabio Kannavaronun son iş yeri Zaqreb "Dinamo"su olub.
saytlarin hazirlanmasi