"Turan Tovuz"un "Şamaxı" (2:1) üzərində qazandığı qələbədən sonra mətbuat önünə çıxan Kurban Berdiyevə millimizlə bağlı sual verilib. Lider komandadan yığmaya yalnız Faiq Hacıyevin çağırıldığı, lakin onun da ehtiyatda oturması qabardılıb.
Kurban Berdiyevin cavabı konkret olub. Təcrübəli mütəxəssis hansısa futbolçunun əsas heyətdə yer almasının yerli və ya əcnəbi olmasıyla əlaqələndirməyi doğru saymayıb. Berdiyev deyib ki, kim güclüdürsə, o oynayacaq.
Yerli futbolçular üçün nə qədər ağır olsa da, legioner limiti tətbiq olunan vaxtlar keçdi. Daha heç bir yerli futbolçu imtiyaz hesabına oynamayacaq. Çarəsi odur ki, rəqabət aparsın, yerini qorusun əsas heyətdə. Məsələn, "Qarabağ"da Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə kimi.
Milli komandaya gəlincə, bu mövzunun Kurban Berdiyevə heç bir aidiyyəti yoxdur. "Turan Tovuz" iş adamı tərəfindən maliyyələşdirilən müstəqil klubdur. Ehtiram Quliyev baş məşqçinin qarşısına konkret tapşırıq qoyub - çempion olmaq! Berdiyev də üzərinə düşən vəzifəni yerinə yetirmək üçün ən güclüləri meydana buraxmalıdır. Faiq millidə oynamaq istəyirsə, ya rəqabətdən qalib ayrılsın, ya da iddiaları daha kiçik olan klublarda çıxış eləsin. Bu qədər sadə!
Həmid
saytlarin hazirlanmasi
