Çempionlar Liqası: "Araz-Naxçıvan" 1/8 finala yüksəldi

21:08 - 1 Noyabr 2025

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün son oyununu keçirən “Araz-Naxçıvan” “Tigers Roermond”la qarşılaşıb.

Sportal.az xəbər verir ki, 3:2 hesabı ilə qələbə qazanan təmsilçimiz qrup mərhələsini lider kimi başa vurub və 1/16 finala vəsiqə qazanıb.

Bu mərhələnin püşkü noyabrın 6-da, oyunlar isə noyabrın 24-də və dekabrın 5-də keçiriləcək.

Xəbər xətti