"Araz-Naxçıvan" Lüksemburq çempionu ilə heç-heçə etdi - Çempionlar Liqası

21:17 - 30 Oktyabr 2025

"Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, təmsilçimiz Lüksemburq çempionu "Differgange 03"lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. "Qırmızı-ağlar" qollarını Perruzo və Luicci vurublar.

Qeyd edək ki, "Araz-Naxçıvan" turnirin ilk oyununda Rumıniyanın "Qalati Yunayted" komandasını 2:1 hesabı ilə məğlub etmişdi.

Qrupda sonuncu turun oyunları noyabrın 1-də keçiriləcək. Azərbaycan çempionu Niderlandın "Tigers Roermond" klubu ilə qarşılaşacaq.

Xəbər xətti