"Qəbələ" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Mingəçevir"i 5:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
"Komandamı təbrik edirəm. 3 gündən sonra növbəti oyuna çıxsalar da, yaxşı təsir bağışladılar. Oyuna tam konsentrasiya olduq. Bu, mənim üçün çox vacib idi. Bütün qollarımız düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsində vuruldu. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. İndi isə artıq çempionatda növbəti oyunumuza hazırlaşmalıyıq".
saytlarin hazirlanmasi
