Millimizin üzvü son dəqiqələrdə meydana daxil oldu

22:16 - 28 Oktyabr 2025

Albaniyada futbol üzrə ölkə çempionatının 9-cu turu keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda "Teuta" ilə qarşılaşıb. Matç 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Zamiq 90+3-də meydana daxil olub.

Qeyd edək ki, “Eqnatiya” 18 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti