"Poqba heyətə qayıtmağa yaxındır"

00:25 - 29 Oktyabr 2025

"Monako"nun baş məşqçisi Sebastyen Pokonyoli Pol Poqba haqqında fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Pokonyoli "Footmercato"ya açıqlamasında bunları qeyd edib:

“Pol heyətə qayıtmağa yaxındır. Hər gün bu proses üzərində işləyirik və hazırda hər şey yaxşı gedir. Bir az vaxt keçəcək və onu yenidən heyətdə görə biləcəyik. Qayıtdıqda isə onun indi hansı səviyyədə oyunçu olduğunu qiymətləndirməliyik".

Qeyd edək ki, 32 yaşlı Pol Poqba 11 oktyabrda məşq zamanı sağ bud əzələsini dartıb.

Xəbər xətti