Vinisius "Real"dan ayrılmağı düşünür - çıxış etdiyi oyun vaxtından narazıdır

22:50 - 27 Oktyabr 2025

“Real” La Liqanın 10-cu turunda evdə “Barselona”nı məğlub edib (2:1). Vinisus 72-ci dəqiqədə əvəzlənib. O, əvəzlənməsindən narazı qalıb və meydanı tərk edərək birbaşa paltardəyişmə otağına gedib, Xabi Alonsonun əlini sıxmadan. Daha sonra futbolçu ehtiyat oyunçular skamyasına qayıdıb. Əvəzlənərkən braziliyalı əsəbiləşərək təkrar-təkrar deyib: “Mən komandadan gedəcəyəm, getməyim daha yaxşıdır.”

Sportal.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, Vinisus hesab edir ki, klubdakı qazandığı statusa hörmət olunmur və o, “Real”ı tərk etməyi ciddi şəkildə düşünür. Braziliyalı oyunçuya görə, Alonso ona qarşı isti münasibət göstərmir. Onun fikrincə, müdafiə işində daha çox iştirak etməsinə baxmayaraq, məşqçidən müsbət reaksiya almayıb.

Vinisus bu mövsüm tez-tez əvəzlənməsindən və ya start heyətində yer almamasından narazıdır. İndi vinger gələn yay “Real”dan ayrılma ehtimalını istisna etmir — əgər həmin vaxta qədər Alonso komandada baş məşqçi kimi qalarsa və Kilian Mbappe kimi ona tam dəstək verməzsə. Vinisus “Real”ı tərk etmək istəmir, lakin mövcud vəziyyətlə barışa bilmir.

Qeyd olunur ki, “Real” Alonsonun bütün qərarlarını, o cümlədən dünənki əvəzləməni dəstəkləyir.

Xəbər xətti