İstanbul klubu baş məşqçisi ilə yollarını ayırdı

19:45 - 26 Oktyabr 2025

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Fatih Karagümrük" Marsel Liçka ilə yollarını ayırıb. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.

Çexiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Marsel Liçka mövsümün əvvəlində "Fatih Karagümrük"ün baş məşqçisi postuna təyin olunmuşdu. İstanbul təmsilçisi Super Liqada 10 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti