"Bavariya" Bundesliqanın 8-ci turunda Münhenqladbax “Borussiya”sını 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir kii, Vinsen Kompaninin komandası cari mövsümdə keçirdiyi bütün 13 oyunda qalib gələrək top-5 liqalar arasında rekordu təkrarlayıb. Bu rekord 1992/93 mövsümündə 13 qələbə ilə “Milan” tərəfindən müəyyənləşdirilmişdi.
Qeyd edək ki, "Bavariya" turnir cədvəlində 8 turdan sonra maksimum nəticə olan 24 xalla liderliyini davam etdirir. "Borussiya" isə 3 xalla sonuncu pillədədir.
Almaniya Bundesliqası
VIII tur
"Borussiya"(Münhenqladbax) - "Bavariya" 0:3
Qollar: C.Kimmix, 64, R.Quereyro,69, L.Karl, 81
Qırmızı vərəqə: J.Kastrop, 19 ("Borussiya")
saytlarin hazirlanmasi
