Kilian Mbappe “El Klasiko” barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “Real”ın hücumçusu oktyabrın 26-sı saat 19:15-də start götürəcək "Real" - "Barselona" matçı haqqında bunları qeyd edib:
“Bu, hamının izləmək istədiyi oyundur. Klub səviyyəsində bu qarşılaşmadan daha xüsusi heç nə yoxdur. " El Klasikonu yalnız Çempionlar Liqasının böyük oyunu ilə müqayisə etmək olar, lakin La Liqa səviyyəsində onun kimi başqa bir matç yoxdur. Biz sadəcə oynamaq istəmirik, qalib gəlmək istəyirik”.
saytlarin hazirlanmasi
