Nihat Kahveci "Qarabağ"ın oyununu şərh etdi: "Sonda uduzsalar da, onların çıxışı həqiqətən təqdirəlayiqdir"

18:16 - 23 Oktyabr 2025

Türkiyə millisinin sabiq üzvü Nihat Kahveci "Qarabağ"ın UEFA Çempionlar Liqasında "Atletik"lə səfər matçı ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, televiziyada canlı yayımda günün oyunlarını dəyərləndirərkən mütəxəssis Ağdam klubunun çıxışına diqqət çəkib:

Azərbaycan təmsilçisinin matça çox sürətlə başladığını qeyd edən Kahveci "Qalatasaray" 3-cü dəqiqədə qol vursa da, bəzi komandalar ilk dəqiqədə qol vurdu. Bəli, "Qarabağ" bu gün ilk dəqiqə tamam olmazdan əvvəl qol vurdu. Sonda uduzsalar da, onların çıxışı həqiqətən təqdirəlayiqdir", - deyə bildirib.

Təcrübəli şərhçi, həmçinin erkən qolların komandanın özünəinamını artırdığını vurğulayaraq, "İlk dəqiqələrdə qol vurmaq komandaya böyük üstünlük verir. Bu, oyunçuların motivasiyasını və oyuna nəzarətini artırır", - deyə qeyd edib. (Oxu.az)

Xəbər xətti