"Beşiktaş" "Fənərbaxça"nın futbolçusunu istəyir

11:47 - 24 Oktyabr 2025

“Beşiktaş” “Fənərbaxça”nın futbolçusu Sofyan Amrabatı heyətinə qatmağı planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” mövsümün sonunda 29 yaşlı futbolçunu heyətinə qatmağa çalışacaq.

Yayda “Betis”ə icarəyə verilən Amrabat Türkiyəyə qayıtmağa hazır olduğunu meneceri vasitəsi ilə bildirib. “Utrext”, “Feyenoord”, “Brügge”, “Verona”, “Fiorentina”, “Mançester Yunayted” klublarında oynamış mərakeşli yarımmüdafiəçinin “Fənərbaxça” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, İspaniya klubunda mövsümün sonuna qədər icarədə oynayacaq.
 

Xəbər xətti