"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turunun "Budo Qlimt"lə oyunundan öncə ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın aparıcı oyunçularından olan İlkay Gündoğan sıradan çıxıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Almaniya millisinin sabiq üzvü oyunöncəsi taktiki məşq zamanı zədələnib. 34 yaşlı yarımmüdafiəçi Norveç təmsilçisinə qarşı oynamayacaq.
İstanbul nəhəngi İlkay Gündoğanı mövsümün əvvəlində "Mançester Siti"dən transfer edib. Təcrübəli futbolçu "aslanlar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qalatasaray" - "Budo Qlimt" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
saytlarin hazirlanmasi