"İtaliya çempionatında futbolun keyfiyyəti çox aşağıdır"

16:50 - 23 Oktyabr 2025

“Roma”, “Sampdoria”, “Milan” və İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano İtaliya çempionatının səviyyəsi barədə fikirlərini bölüşüb.

Sportal.az "Goal" nəşrinə istinadən xəbər verir ki, veteran futbolçu A Seriyasında keyfiyyətin çox aşağı olduğunu deyib:

“İtaliya çempionatı acınacaqlıdır, heç bir emosiyalar yaratmır. A Seriyası yalnız azarkeşlərin ehtirası sayəsində mövcuddur. Lakin futbolun keyfiyyəti çox aşağıdır. Bu, utancverici vəziyyətdir. Bəzi oyunlara baxmaq əsl əzabdır. Nə ritm var, nə də tamaşa”.

Qeyd edək ki, İtaliya A Seriyasının 7-ci turunda antirekord qeydə alınıb. Belə ki, 10 oyyunda qapılara cəmi 11 qol vurulub.

Xəbər xətti