Çempionlar Liqası: "Barselona"dan darmadağın, "Kayrat" heç-heçə etdi

22:37 - 21 Oktyabr 2025

Çempionlar Liqasında III turun oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 matç artıq yekunlaşıb. Doğma meydanda "Olimpiakos"u qəbul edən "Barselona" 6:1 hesablı qələbə qazanıb. Qazaxıstan təmsilçisi Kayrat isə "Pafos"u qəbul edib. Bu matçda isə hesab açılmayıb - 0:0.

Qeyd edək ki, günün digər qarşılaşmaları saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur

21 oktyabr

20:45 "Barselona" (İspaniya) – "Olimpiakos" (Yunanıstan) 6:1

Qollar: F.Lopez, 7, 39, 76, L.Yamal, 68(pen), M.Reşford, 74, 79, - El.Kaabi, 54(pen).

Qırmızı vərəqə: S.Hezze,57("Olimpiakos")

20:45 "Kayrat" (Qazaxıstan) – "Pafos" (Kipr) 0:0

Qırmızı vərəqə: J.Korrea, 4 ("Pafos")

Xəbər xətti