Daha 4 karateçimiz dünya çempionatına lisenziya qazandı

11:18 - 20 Oktyabr 2025

Azərbaycanın daha 4 karateçisi gələn ay Misirdə təşkil olunacaq dünya çempionatına lisenziya qazanıblar.

Sportal.az xəbər verir ki, Fransada keçirilən seçim turlarında Roman Heydərovun (kata) ardından, İrina Zaretska (-68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) bu hüquqa yiyələniblər.

Yığmamız Parisdə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında təmsil olunub.

Xatırladaq ki, Misirdə dünya çempionatı noyabrın 27-dən 30-dək paytaxt Qahirədə baş tutacaq.

Xəbər xətti