"Qalatasaray"ın sabiq futbolçusu geri qayıtmaq istəmədi

12:47 - 19 Oktyabr 2025

Mərakeş millisinin üzvü Hakim Ziyeş Türkiyə klubunun təklifindən imtina edib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı vinger “Kocaelispor”un istəyini geri çevirib.

İzmit təmsilçisinin maaş təklifi yaxşı olsa da, Ziyeş bu klubda oynamaq istəməyib.

Hakim “Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray”, “Əl-Duhail” klublarında oynayıb.
 

Xəbər xətti