"Benfika"ya qol vurduqdan sonra Ukrayna millisinə dəvət edilməsi üçün yaxşı şansı var idi"

14:17 - 17 Oktyabr 2025

"Qarabağ" və Ukrayna millisinin sabiq futbolçusu, hazırda "Polessye" klubunda məşqçi kimi çalışan Sergey Kravneçko Sportal.az saytına açıqlama verib.

42 yaşlı mütəxəssis Ağdam klubunun futbolçusu Aleksey Kaşukun Ukrayna millisinə dəvət olunmaq şansını dəyərləndirib.

Onun fikrincə, Kaşuk DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyunlarına dəvət edilmək şansına sahibdir:

"Aleksey Kaşuku yaxşı və yaxından tanıyıram. Ruslan Rotanla Ukrayna U-21 yığmasında işlədiyimiz vaxtda bizimlə birlikdə olmuşdu. Yaxşı futbolçudur, yaxşı vingerdir. Düzü, "Benfika"ya qol vurduqdan sonra Ukrayna millisinə dəvət edilməsi üçün yaxşı şansı var idi. Üstəlik, "Qarabağ"da da indi əsas heyətdə oynayır. "Kopenhagen"lə matçda da meydana start heyətində çıxmışdı, yaxşı da oynadı. Əslində, biz də məşqçilərlə düşünürdük ki, onu milliyə dəvət edəcəklər. Amma bu dəfə çağırmadılar. Hər halda, Sergey Rebrovun seçimidir. Bizdə yaxşı futbolçu seçimləri var. Təbii ki, Kaşuk da işləməyə davam edib, qollar vurub, asistlər etməlidir. Fikrimcə, Kaşukun dönəmi gələcək və Ukrayna millisinə də dəvət ediləcək".

Mirbağırağa
 

Xəbər xətti