İngiltərə yığmasının sabiq üzvü bu ölkənin klubundan təklif aldı

13:48 - 16 Oktyabr 2025

İngiltərə milli komandasının sabiq üzvü Dele Alli karyerasını Kiprdə davam etdirə bilər.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Apollon”un transfer siyahısındadır. 

Limassol klubu ingilislə danışıqlara keçib. Azad agent statusuna malik olan Alli özü də Kiprdə oynamağa hazırdır.

“MK Dons”, “Tottenhem”, “Everton”, “Beşiktaş”, “Komo” klublarında oynamış Delli əvvəlki performansını bərpa etmək üçün  bu addımı atacaq.
 

Xəbər xətti