17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərllik etdiyi kollektiv Rumıniya seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın yeganə qolunu Əli Bəşirov vurub.
Qeyd edək ki, millimiz turnirdə keçirdiyi ilk oyunda Fransaya 0:8, daha sonra İsrailə 1:5 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi