21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah Şotlandiya yığması ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, saat 19:00-da start götürəcək matçın hazırlıqlarını bu gün keçirdiyi oyunöncəsi son məşqlə yekunlaşdıran millimiz matça tam hazırdır.
Qeyd edək ki, 6 yığmanın yer aldığı B qrupunda yer alan U-21 millimiz 3 oyundan sonra 1 xalla 5-ci pillədədir.
saytlarin hazirlanmasi