Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç postunu tərk edib.
Sportal.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə özü məlumat verib.
Təcrübəli məşqçi DÇ-2026-nın seçmə mərhələsinin Albaniya ilə evdə keçirilən matçından (0:1) sonra istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Draqan Stoykoviç 2021-ci ilin mart ayından Serbiya yığmasını çalışdırırdı.
saytlarin hazirlanmasi