Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası ilə müqaviləsini uzada bilər.
Sportal.az xəbər verir ki, "Globo Esporte"nin məlumatına görə, Braziliya futbol rəhbərliyi məşqçi ilə yeni müqaviləni yaxın aylarda, 2026 Dünya Çempionatına qədər imzalamağı planlaşdırır. İtalyan mütəxəssis də əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Hələlik müqavilənin imzalanması üzrə konkret işlərə başlanmayıb.
Qeyd edək ki, Ançelottinin Braziliya millisinin baş məşqçisi təyin olunduğu rəsmi şəkildə may ayında açıqlanmışdı. Onun rəhbərliyi altında komanda üç qələbə, bir heç-heçə və bir məğlubiyyət qazanıb.
saytlarin hazirlanmasi