"Azərbaycan yığmasında çox dirənişli futbolçular var" - Çexiya millisinin baş məşqçisi

00:08 - 10 Oktyabr 2025

Çexiyanın gənclərdən ibarət futbol üzrə milli komandasının (U-21) baş məşqçisi Mixal Bilek sabah Karvinada keçiriləcək Avro-2027-nin B qrupunun Azərbaycan yığmasına qarşı oyunundan gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, Bilek oyundan öncə bunları qeyd edib:

“Biz evdə oynayırıq və mütləq qalib gəlmək istəyirik. Lakin bu, heç də asan olmayacaq. Azərbaycanın Portuqaliyaya qarşı oyununa baxdıq. Onlar fasiləyə 0:0 hesabı ilə yollandılar və çox yaxşı oynadılar. Yalnız ikinci hissədə qol buraxdılar və nəticədə böyük hesabla uduzdular.

Bu komandada çox dirənişli futbolçular var. Onlar inadla müdafiə olunurlar və sürətli əks-hücumlarla təhlükə yaradırlar. Bundan əlavə, komandada hücumda çox güclü, hündürboylu bir forvard var”.

Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, saat 20:00-da Karvina şəhər stadionunda start götürəcək.

Xəbər xətti