Millimizin üzvü sonradan oyuna daxil oldu, komandası məğlub oldu

23:33 - 10 Yanvar 2026

Niderlandda Erediviziyanın 18-ci turu keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının vingeri Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Alkmaar"a 0:1 hesabı ilə məğlub olub. Kökçü meydançaya 68-ci dəqiqədə, komandası artıq qol buraxdıqdan sonra daxil olub.

Hazırda "Volendam" 14 xalla turnir cədvəlində sondan ikinci – 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti