"Santos"un müdafiəçisi Souza karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Tottenhem" braziliyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu Souza üçün qarşı tərəfə 15 milyon avro təzminat ödəyəcək. 19 yaşlı sol cinah müdafiəçisi bazar günü İngiltərəyə getdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Souza "Santos"un yetirməsidir. Gənc futbolçu A Seriyası təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 56 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
