"Qarabağ"ın sabiq futbolçusu Nazim Əliyev Sportal.az saytına açıqlama verib.
Ağdam klubunun keçmiş hücumçusu sabiq komandasının çempionluq mübarizəsindəki şanslarından danışıb.
O, bu mövsüm "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu nəticələrini də xüsusi qabardıb:
"Qarabağ"ın bu mövsüm Avropadakı çıxışı sadəcə əla idi. Çempionlar Liqasında möhtəşəm nəticələr qazandılar. Təbii ki, pley-off mərhələsində çox güclü rəqiblə qarşılaşdılar və sona qədər də mübarizə apardılar. Hər halda, ÇL-dəki çıxışları başa çatdı və indi Premyer Liqaya daha da yaxşı fokuslanacaqlar. Qarşıda oyunlar çoxdur. Təbii ki, “Sabah” da güclüdür, çox yaxşı futbol oynayır, xal fərqi də var. Lakin "Qarabağ"ın çempionluq uğrunda sona qədər mübarizə aparacağını düşünürəm. Onlar üçün indi yalnız daxili turnirlərə fokuslanmaq daha rahat gələcək. "Qarabağ"ı kubok və Premyer Liqada çempionluq mübarizəsi gözləyir. Komanda son matçlarda "Araz-Naxçıvan" və "Zirə"yə qalib gəldi. Hər halda, onların motivasiyası da yerində görünür. Mübarizə böyük ehtimalla sona qədər gedəcək. Necə olacağını isə mövsümün sonunda görəcəyik".
saytlarin hazirlanmasi
