"Turan Tovuz"un kapitanı: "O, komandamıza çox xeyir vermişdi"

15:48 - 9 Yanvar 2026

"Məşqlər plan üzrə gedir. Düşünmürəm ki, məşqlərimiz dəhşətli dərəcədə ağırdır. Daha çox taktiki çalışmaların üzərində işləyirik. Fiziki çalışmalarımız da davam edir. Futbolda əsas məsələlərdən biri fiziki göstəricilərdir. Düşünmürəm ki, tək Kurban Berdiyevdə belədir. Əvvəlki məşqçilərimizdə də belə olub. Günü-gündən fiziki yüklənməni götürə bilirik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.

O, komandanı tərk edən futbolçular barədə də danışıb: "Bəli, Veysəl Rzayev və Aleks Souza komandamızdan ayrıldı. Hər ikisinə uğurlar arzulayıram. Allah qoysa, yeni komandalarında daha uğurlu olarlar. Ötən il çempionat başa çatdıqdan sonra Aleksin gedəcəyi bəlli idi. Məsələ həll olunmuşdu. Hamı ilə sağollaşdı. Bir-bir hamımızla görüşdü, sosial şəbəkədə də hamıya təşəkkür etdi. Aleks komandamıza çox xeyir vermişdi. Allah qoysa, yeni komandasında daha uğurlu olar, daha yaxşı klublarda oynayar. Hamı istəyər ki, komandada yaxşı futbolçuların sayı çox olsun, komandaya kömək etsin. Gedənlərimiz oldu. Yəqin ki, yeni gələnlər də olacaq. Allah qoysa, onlar komandanın gücünə də güc qatar. Qarşımıza bir məqsəd qoymuşuq, onun uğrunda mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək".

Mirbağırağa

Xəbər xətti