"Qəbələ" Elşad Tağıyevlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qırmızı-qaralar" futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Elşad Tağıyev 2024/2025 mövsümündən "Qəbələ"də çıxış edirdi. O, cari mövsümdə komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
