"Real"ın müdafiəçisi Raul Asensio sıradan çıxıb.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu ayaq əzələləsindən zədə alıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
21 yaşlı mərkəz müdafiəçisi La Liqanın 28-ci turunun sabah "Elçe" ilə keçiriləcək oyununu buraxacaq.
Qeyd edək ki, Raul Asensio "Real"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
