Millimizin üzvü üçün 60 dəqiqə

01:00 - 15 Mart 2026

Niderland Yüksək Liqasında (Erediviziya) 27-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, heyətində Azərbaycan millisinin vingeri Ozancan Kökçü çıxış edən "Volendam" doğma meydanda "Fortuna Sittard" klubuna 1:2 hesabı ilə məğlub olub. Kökçü oyuna start heyətində başlayıb və hesab 0:2 olarkən 60-cı dəqiqədə əvəzlənib.

Hazırda “Volendam” 27 xalla turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.

Xəbər xətti