"Qarabağ"ın yarımmüdafiəçisi Kris Kuaku karyerasını Norrveçdə davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Sarpsborq 08" Fil Dişi Sahilindən olan futbolçunun keçidini həll edib. Bu barədə "sa.no" saytı məlumat yayıb.
Kuaku artıq tibbi müayinədən keçib. 26 yaşlı oyunçu bu gün yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Qarabağ" Kris Kuakunu mövsümün əvvəlində Portuqaliyanın "Mafra" klubundan transfer etmişdi. O. Ağdam təmsilçisinin heeyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
