Region Liqasında mübarizə aparan "Marafon" 2-ci Liqaya iddialı hazırlaşır. Hazırda yarışdığı birincilikdə məğlubiyyət tanımayan Sabirabad təmsilçisi sözügedən rayonda yeni stadion inşa etdirir.
Sportal.az xəbər verir ki, bu barədə Fanat.Az-a "Marafon" İdman Klubunun təsisçi və fəxri prezidenti Vüsal Xəlilov məlumat verib:
"Məlumat üçün deyim ki, bizim klub 10 ildən artıqdır müxtəlif idman növlərində fəaliyyət göstərir. Hər idman növündə təmsil olunmuşduq, son 2 ildə böyük futbola gəlməyə də özümüzdə güc tapdıq. İnşallah, bu il ilk hədəfimiz Region Liqasının qalibi olmaqdır.
Stadion işi üçün əlimizdən gələni edirik. Çalışırıq öz ayağımız üstə dura bilək. Nə dərəcədə uğurlu iş alınacaq, onu zaman göstərəcək. Çünki 2-ci Liqaya çıxa bilsək, stadion vacib tələblərdən biridir. Gərək standartlara cavab verək.
Stadion və baza üzərində hazırda iş gedir. Əslində, planda 2 stadion var. Birinciyə artıq başlamışıq. Rayon mərkəzinə yaxın olan Bulaqlı kənd stadionundda işlər yekunlaşmağa doğru gedir. Bulaqlı kənd stadionunda isə sıfırdan işlər görüldü. Digəri isə Sabirabad şəhər Mərkəzi Stadionudur. Razılıq əldə olunsa, orada əsasən ot ortüyünü dəyişib işıqlanma və digər işlər görməyi planlayırıq. Açığı, maliyyə baxımından bəzi köməklər oldu. Ancaq bu işləri əsasən "Marafon" İdman Klubu öz hesabına edir".
Qeyd edək ki, "Marafon" paytaxt zonası üzrə B qrupunda mübarizə aparır. Sabirabadlılar 14 turda 13 qələbə əldə edib, yalnız 1 görüşdə heç-heçəyə razılaşıb. Komanda 40 xalla qrupun lideri olub. "Marafon" artıq 1/8 final mərhələsinə çıxıb. Rəqib "Qobustan" komandasıdır. İlk oyun bazar günü Bakıda, saat 12:00-da olacaq.
saytlarin hazirlanmasi
