"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

20:48 - 9 Yanvar 2026

"Arsenal" Bukayo Sakanın müqaviləsinin müddətini uzadacaq.

Sportal.az xəbər verir ki, London klubu artıq ingiltərəli vingerlə razılıq əldə edib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

24 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq. Rəsmi açıqlama qarşıdakı günlərdə ediləcək.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırlıq müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti