Norveçdə 2025-ci ilin ən yaxşı kişi və qadın futbolçuları məlum olub.
Sportal.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland ilin ən yaxşı kişi futbolçusu seçilib. 25 yaşlı forvard ardıcıl 6 ildir bu mükafatı qazanır.
İlin ən yaxşı qadın futbolçusu adına isə "Barselona"da çıxış edən Karolin Qrem Hansen layiq görülüb. "Barselona"nın vingeri son 7 ildə 6-cı dəfə ən yaxşı seçilib.
saytlarin hazirlanmasi
