"Beşiktaş" Premyer Liqadan müdafiəçi gətirir

16:16 - 9 Yanvar 2026

Qabriel Paulista ilə yollarını ayıran "Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Vulverhempton"da çıxış edən Emmanuel Aqbadudur. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Qara qartallar" Fil Dişi Sahili millisinin üzvü üçün İngiltərə klubuna 15 milyon avroluq satınalma bəndi ilə icarə təklifi göndərib. Klubların anlaşmağa yaxın olduğu bildirilir.

Qeyd edək ki, "Vulverhempton" Emmanuel Aqbadunu 2025-ci ilin yanvar ayında "Reyms"dən transfer edib. 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol ötürməsi edib.

Xəbər xətti