İran millisinin futbolçuları himni oxumaqdan imtina etdilər - VİDEO

14:54 - 10 Yanvar 2026

İranın U-23 milli komandası Asiya çempionatının qrup mərhələsinin 1-ci turunun Cənubi Koreya ilə keçirilən oyunda himni oxumayıblar.

Sportal.az xəbər verir ki, onlar bu hərəkətləri ilə ölkədə davam edən ümumxalq etirazlarına diqqət çəkmək istəyiblər. Himn zamanı futbolçuların üzlərindəki kədərli ifadə diqqətdən qaçmayıb.

Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, İranda xalq etirazları 28 dekabr tarixində başlayıb və 100-dən çox şəhərdə davam edir.

Xəbər xətti