"Mançester Siti"dən Rodri qərarı

19:52 - 3 Mart 2026

"Mançester Siti" bu mövsüm zədələr səbəbindən istənilən performansı göstərə bilməyən Rodri ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi yayda ispaniyalı yarımmüdafiəçini satacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Şəhərlilər" İspaniya millisinin üzvünün qiymətini müəyyənləşdirib. Klub 29 yaşlı dayaq yarımmüdafiəçisi üçün 50 milyon avro tələb edəcək. "Real" təcrübəli futbolçu ilə maraqlanır.

Qeyd edək ki, "Mançester Siti" Rodrini 2019-cu ilin yayında "Atletiko"dan 70 milyon avroya transfer edib. "Qızıl Top"un sahibi bu mövsüm komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti