"Daha çox qol vurmamağımıza görə məyusam" - Arteta

00:09 - 4 Mart 2026

Mikel Arteta “Arsenal”ın oyununa yönələn tənqidlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, bundan əvvəl “Çelsi"nin sabiq hücumçusu Kris Sutton demişdi ki, standart vəziyyətlərdən vurulan qollara üstünlük verilməsi səbəbindən “Arsenal” Premyer Liqa çempionları arasında ən “çirkin” oyun sərgiləyən komanda ola bilər.

Arteta isə belə cavab verib:

“Mən daha çox qol vurmamağımıza görə məyusam, həmçinin standart vəziyyətlərdən qol buraxmağımıza görə də. Biz oyunun hər aspektində ən yaxşı və ən dominant komanda olmaq istəyirik”

Xəbər xətti