"Deyirdilər ki, əgər içməsəydim və siqaret çəkməsəydim, “Real"da oynaya bilərdim"

23:04 - 3 Mart 2026

Radca Nainqqolan bildirib ki, istəsəydi “Real"da oynaya bilərdi, lakin sərt intizam çərçivəsində xoşbəxt olmayacaqdı.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi "Roma”dakı dövrünü xatırlayaraq deyib ki, Luçano Spalletti onu tez-tez Triqoriyadakı bazada gecələməyə məcbur edirdi:

“Spalletti məni gecə bazada saxlayırdı. Deyirdi: ‘Burada yat, getməyini istəmirəm’. Otağım onun otağının yanında idi və hər gecə gəlib yoxlayırdı ki, qaçmamışam. Amma bundan sonra daha pis oynayırdım. Bəlkə də məni buraxsaydı, daha yaxşı olardı.”

Nainqqolan əlavə edib ki, ona tez-tez içki və siqaretdən imtina etsə, “Real” səviyyəsində oynaya biləcəyini deyiblər:

“Mənə deyirdilər ki, içməsəydim və siqaret çəkməsəydim, "Real"da oynaya bilərdim. Amma öz həyat tərzim olmadan xoşbəxt olmazdım və səviyyəmi göstərə bilməzdim.”

Hazırda 37 yaşlı futbolçu Belçikanın ikinci liqasında “Patro Eisden”də çıxış edir.

Xəbər xətti