Mövsümün ikinci yarısının hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi komanda Macarıstan təmsilçisi "Pakş"la görüşüb. Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Kimyaçılar"ın qolunu Rüstəm Əhmədzadə vurub. "Pakş"ın heyətində isə Akoş Szendrey, Daniel Böde, Martin Adam (2) və Barna Tot fərqləniblər.
Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində daha iki hazırlıq matçı keçirəcək. Komanda yanvarın 12-də OFK (Serbiya), 16-da isə "Osiyek"lə (Xorvatiya) qarşılaşacaq.
saytlarin hazirlanmasi
