"Qarabağ"ın rəqibində ciddi itki - Azərbaycan çempionuna qarşı oynamayacaq

19:22 - 11 Yanvar 2026

Çempionlar Liqasının liqa mərhələsinin son turunda “Qarabağ”ın rəqibi olan “Liverpul”da ciddi itki yaşanıb.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Konor Bredli sıradan çıxıb.

Onun zədəsi ciddidir. Həkim müayinəsindən sonra məlum olub ki, Bredli mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. 

Klub bununla bağlı da açıqlama yayıb: “Sağ cinah müdafiəçisi cümə axşamı Premyer Liqada "Arsenal"a qarşı matçın son dəqiqələrində zədə alıb. Bredli yaxın günlərdə əməliyyat olunacaq və bundan sonra məşq mərkəzində reabilitasiya prosesinə başlayacaq. Onun geri dönmə tarixi hələ məlum deyil”.

İngiltərə mətbuatının iddiasına görə, 22 yaşlı futbolçu mövsümün qalan hissəsini buraxacaq. Bu mövsüm Bredli bütün yarışlarda 21 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. 

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" görüşü yanvarın 28-dən 29-na keçən gecə təşkil olunacaq. Matça Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. 

Xəbər xətti