"Bunun reallıqla heç bir əlaqəsi yoxdur" - Enrike Dembelenin müqaviləsi barədə

21:46 - 11 Yanvar 2026

PSJ-nin baş məşqçisi Luis Enrike Usman Dembelenin klubla müqaviləni uzatmaqdan imtina etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Sportal.az xəbər verir ki, daha əvvəl hücumçunun parislilərin illik 30 milyon avro maaş təklifini rədd etdiyi, iki dəfə çox qazanmaq istədiyi bildirilirdi.

“Bunlar sadəcə şayiələrdir, PSJ ətrafında hər zaman söz-söhbətlər dolaşır. Biz buna öyrəşmişik. Bu, məxfi məlumatdır və elə də qalacaq. Çoxlu saxta xəbərlər var. Siz bunu oyunçuları və komandanı destabilizasiya etmək üçün vacib saya bilərsiniz, amma belə bir şey baş verməyəcək. Danışıqlar normal haldır, lakin onlar gizli qalır. Biz nə istədiyimizi bilirik və bu, ən vacib məsələdir.

Biz həmişə olduğu kimi sakit və toparlanmışıq. Adətən problemlər meydanda həll olunur, amma indi insanlar belə saxta xəbərlərlə bizi meydandan kənarda destabilizasiya etməyə çalışırlar. Lakin bunun reallıqla heç bir əlaqəsi yoxdur”, – Enrike mətbuat konfransında bildirib.

Xəbər xətti