Tanınmış klubun baş məşqçisi vəfat etdi

10:56 - 9 Oktyabr 2025

"Boka Xuniors"un baş məşqçisi Migel Anxel Russo dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.

Russo 2017-ci ildən xərçənglə mübarizə aparırdı. 69 yaşlı mütəxəssis səhhəti ilə əlaqədar bir neçə gündür müalicə alırdı. O, son iki matçda komandanın yanında olmayıb.

Təcrübəli çalışdırıcı üçün klubun stadionunda anım mərasimi təşkil olunacaq.

Qeyd edək ki, Migel Anxel Russo bu ilin 2 iyun tarixində "Boka Xuniors"un baş məşqçisi postuna təyin olunmuşdu.

Xəbər xətti