İngiltərə millisinin sabiq üzvü paytaxt klubundan ayrılacaq - RƏSMİ

13:22 - 6 Dekabr 2025

"Seul"la müqaviləsi 31 dekabr tarixində başa çatan Cesse Linqard gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, ingiltərəli ingiltərəli hücumameyilli yarımmüdafiəçi Cənubi Koreya təmsilçisindən ayrılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Linqard klubla yeni sözləşmə imzalamayacaq. 32 yaşlı futbolçu azad agent statusu daşıyacaq.

Qeyd edək ki, Cesse Linqard 2024-cü ilin fevral ayından "Seul"da çıxış edirdi. İngiltərə millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 66 rəsmi matçda 18 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti