İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 14-cü turunun "Brentford"la oyununda (2:0) zədələnən Kristian Moskeranın durumu məlum olub.
Topuğundan xəsarət alan alan ispaniyalı müdafiəçinin zədəsi ciddidir. 21 yaşlı mərkəz müdafiəçisi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Arsenal" Kristian Moskeranı mövsümün əvvəlində "Valensiya"dan 15 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü London təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
