"Əgər qalib gəlmək alınmırsa, ən azı uduzmamaq vacibdir" - "Çelsi"nin baş məşqçisi

22:54 - 6 Dekabr 2025

İngiltərə Premyer Liqasının XV turu çərçivəsində “Çelsi” səfərdə “Bornmut”la 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Enzo Mareska "Sky Sports"a maraqlı açıqlamalar verib:

“Düşünürəm ki, biz qalib gəlməyə çalışdıq. Epizodlarımız var idi. Dəfələrlə demişəm ki, əgər qalib gəlmək alınmırsa, ən azı uduzmamaq vacibdir. Son dəqiqələrdə keyfiyyətli oyunumuz çatışmırdı. Bir neçə qol vurmaq imkanımız oldu. Əsas odur ki, qol buraxmadıq. Ümid edirəm, daha çox şanslı olarıq və qollar vurarıq.

Palmer yaxşı oynadı. Uzun müddət oynamamışdı, müəyyən qədər meydanda oldu və indi formaya düşməlidir."

Xəbər xətti