"Hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır" - "Milan"ın baş məşqçisi

15:48 - 8 Mart 2026

"Milan"ın baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 28-ci turunda "İnter"lə görüşdən əvvəl çempionluq yarışından danışıb. 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis hədəflərinin yüksək olduğunu bildirib:

"Futbolda nələrin baş verəcəyini heç vaxt ehtimal edə bilmirsiniz. Oyundan sonra vəziyyətin necə olacağını görəcəyik. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün ən azı beş qələbəyə ehtiyacımız var. Bu, bizim məqsədimiz olaraq qalır. “İnter”lə görüşdəki qələbə bizi hədəfimizə bir addım da yaxınlaşdıracaq. "Milan"ı çalışdırdığınız zaman mövsümə çempionluğu qazanmağı hədəfləmədən başlamaq mümkün deyil. Amma yekunda nəticələr hər şeyi həll edir. Futbolda çoxlu dəyişikliklər var. Bildiyim yeganə məsələ işinə peşəkar yanaşma, bütün gücünü sərf etmək və klubun kimliyinə sadiq qalmaqdır".

"İnter" hazırda A seriyasına 67 xalla liderlik edir. “Milan” isə 57 xalla ikinci pillədədir.
 

Xəbər xətti